“Regional səfərlər zamanı mən ciddi problemlər müşahidə edirəm”.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 4-də hökumətin iclasında deyib.
Onun sözlərinə görə, layihələndirmə, layihələrin icrası, idman avadanlıqları ilə bağlı problemlər var.
“İdman zalında futbol qapısı yarım metr irəli quraşdırılıb, çünki yer yoxdur… Ya da asılqana toxunursan, qopub yerə düşür. Hara getsən, krandan su damcılayır. 5 aydır izah edə bilmirəm ki, tualetə şəffaf şüşə qoymaq olmaz. Bu sadə bir şey kimi görünür. Bunun üçün xüsusi biliyə ehtiyacınız varmı?” – deyə Paşinyan bildirib.
Musavat.com