Dünya

ABŞ strateji bombardmançısı qəzaya uğrayıb

ABŞ strateji bombardmançısı qəzaya uğrayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “B-1B Lancer” bombardmançı təyyarəsi Cənubi Dakotada qəzaya uğrayıb.

 

7Times.az  xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Ellsvörs bazasının rəsmi feysbuk səhifəsində məlumat yayılıb.

 

Təyyarədə 4 ekipaj üzvü olub, onların hamısı sağ qallmağı bacarıb. Hadisə zamanı “B-1B Lancer” təlim missiyasını yerinə yetirirmiş. Təyyarə eniş edərkən qəzaya uğrayıb.

 

B-1 səsdən sürətli bombardmançı 1980-ci illərdə xidmətə başlayıb. 100 belə təyyarədən, indi təxminən 60-ı ABŞ Hərbi Hava Qüvvələrində xidmətdədir.

Modern.az