Dünya

Şimali Koreya yenə cənuba mərmilər yağdırdı

Şimali Koreya yenə cənuba mərmilər yağdırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya Cənubi Koreyanın Yonqpyonq adasına sahildən 60 artilleriya mərmisi atıb.

 

7Times.az  “Yonhap”a istinadən xəbər verir ki, bütün mərmilər Sarı dənizin bufer zonasına düşüb.

 

Məlumata görə, atəş yerli vaxtla saat 16:00-da açılıb. Adadan mülki əhalinin təxliyəsi barədə məlumat verilməyib. Məlumdur ki, Cənubi Koreya dünənki hücumdan fərqli olaraq atəşə cavab vermək niyyətində deyil.

 

Ölkələr arasında dəniz bufer zonası 19 sentyabr 2018-ci il tarixli sazişlə yaradılıb. Bufer zonada hərbi təlimlərin keçirilməsi, eləcə də atışmaların aparılması hərbi müqavilənin pozulmasıdır.

 

Dünən KXDR eyni əraziyə 200 artilleriya mərmisi atıb. Mərmilər Seulda faktiki dəniz sərhədi hesab edilən demarkasiya xəttinin şimalına düşüb. Yerli sakinlər təxliyə edilib, dəniz və hava hərəkəti dayandırılıb. Buna cavab olaraq Cənubi Koreya hərbçiləri təlimlər keçirib.

Modern.az