Ölkə

Respublika Perinatal Mərkəzində güclü yanğın – VİDEO

Respublika Perinatal Mərkəzində güclü yanğın – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublika Perinatal Mərkəzində yanğın olub.

Bu barədə 7Times.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yanğın qısa müddətdə söndürülüb: “Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”.

Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

XXX

Yanğın Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində baş verib.

7Times.az  report.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirilib.

Bildirilib ki, yanğın bir otaqda 35 kv m sahəni əhatə edib. Binanın dörd və üçüncü mərtəbələrindəki pasiyent və personal təxliyə olunub.

Vurğulanıb ki, hadisənin ilkin səbəbi hələlik bəlli deyil.