Maqazin

Elza Seyidcahanla Flora Kərimova efirdə dava etdi

Elza Seyidcahanla Flora Kərimova efirdə dava etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Flora Kərimova və Əməkdar artist Elza Seyidcahan efirdə dava edib.

OLAY yazır ki, hadisə “Elgizlə izlə” verilişində yaşanıb. Tərəflər arasında mübahisə Elzanın Aygün Bəylərin dəfnindəki geyim tərzinə görə düşüb. Kərimova onunla bağlı bunları söyləyib:

“Biz sizdən danışırıq. Arif müəllim öz düşüncəsindən dedi, təbiətindən danışdı. Orada bəlkə də heç sizi düşünmədi. Arif Məlikov sizin bioqrafiyanız deyil. Şəxsiyyəti musiqinizdə, talantınızdadır. Axı sizin kimi istedad başqa adların altında özünü “krişa” tapmamalıdır. Öz obrazınız, münaisbətiniz olmalıdır. Necə geyinirsiz, geyinin mənə dəxli yoxdur. Azərbaycan qadını kimi adiyyəti var. Mənim ixtiyarım var. Mən sənətin sənətkarıyam. Qadınam. Azərbaycanlıyam. Polşada bir aktrisa var idi. Bir vaxt küsüb ora getdim. Çox qəribə yadda qalmaq istəyirdi. Gah belə edirdi, gah elə. Tək pozalardan yox, geyimlərdən, özünü aparmaqdan danışıram. Özünü həsr edirdi ki, məni tanısınlar, populyar olum. Lakin populyar olmağın keyfiyyəti var. Həmçinin qadının da, insanın da. Mən qayınana kimi keyfiyyətsiz bir oğlana qızımı verməzdim. Hamımız keyfiyyət axtarırıq. Bizim millətimizi digərlərindən fərqləndirən də keyfiyyətdir”.

Seyidcahan isə Kərimovanın fikirlərinə qəzəblənərək bunları söyləyib: 

“Müəllimim Arif Məlikov dedi ki… Həmişə papaqlarda fotolarım var. Baba müəllim məni konseravtoriyada oxuyandan tanıyır. Şlyapada şəkillərim var. Məni düşündü dedi. Mənim bioqrafiyam, şəxsiyyətim, mənliyim də Arif Məlikovdur. O, mənə tərbiyə verib. Siz mənə deyirsiz ki, gündəmə gəlmək üçün bunu edirəm, mənim obrazım budur. öyrəşəcəklər. Öyrəşiblər də. Siz də ömür boyu zinət əşyası taxmamısız. Siz Flora Kərimovasız, mən də Xalqın Elza Seyidcahanıyam. Sizin ixtiyarınız yoxdur ki, mənim geyimimə nəsə deyəsiz. Mənim qadınlığıma heç kimin şübhəsi yoxdur. Mənim keyfiyyətimə şübhəniz varsa, mənim əqidəm həmişə bir olub. Siz isə külək kimi əsmisiz”. 

Daha sonra bəstəkar efiri tərk edib.