Dünya

Fransanın baş naziri olan 34 yaşlı homoseksual siyasətçi KİMDİR…

Fransanın baş naziri olan 34 yaşlı homoseksual siyasətçi KİMDİR…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, 34 yaşlı siyasətçi Qabriel Attal Fransanın baş naziri postuna təyin edilib və ölkə tarixində ən gənc baş nazir olub.

 

7Times.az  xəbər verir ki, homoseksual baş nazir Qabriel Attal 16 mart 1989-cu ildə Parisin Klamart qəsəbəsində hüquqşünas və kino prodüseri Yves Attalın ailəsində anadan olub.

 

Anası isə Odessadan Fransaya köçmüş ağ mühacir ailəsindəndir. 2013-cü ildə Paris Siyasi Araşdırmalar İnstitutunu Dövlət İdarəçiliyi üzrə magistr dərəcəsi ilə bitirib. O, həmçinin Paris Universitetində hüquq dərəcəsinə malikdir. Siyasi karyerasına 2006-cı ildə Sosialist Partiyasında başlayıb. 2007-ci ildə prezident seçkilərində Seqolen Royalı dəstəkləyib.

 

2014-cü ildə Vanvas şəhərinin bələdiyyə şurasına seçilib. 2017-ci il prezident seçkilərində Emmanuel Makronu dəstəkləyib. Elə həmin il parlament seçkilərinin nəticələrinə görə o, Fransa Milli Assambleyasına deputat seçilib. 2018-ci ilin yanvarında o, prezident partiyasının rəsmi nümayəndəsi olub.

 

2020-ci ildə prezident Makronun təklifi ilə o, dövlət katibi və Fransa hökumətinin rəsmi nümayəndəsi olub. 20 may 2022-ci ildə o, Elizabet Born hökumətində İqtisadiyyat və Maliyyə Nazirliyi yanında ictimai hesablar nümayəndəsi vəzifəsinə təyin edilib.

 

Attal bir müddət təhsil naziri kimi fəaliyyət göstərib.

Modern.az