Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək və Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak edəcək.
7Times.az xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.
“Yaxın zamanda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri baş tutacaq. Səfər çərçivəsində prezident Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışın mərasimində iştirak edəcək”, – səfir deyib.
Xatırladaq ki, 2023-cü ilin martında işğaldan azad olunmuş Füzuli şəhərində Qazaxıstan tərəfindın inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin təməli qoyulub.
Follow @7timesaz