İnfluenser Aynişan Quliyeva ünvanına səsləndirilən tənqidlərə cavab verib.
OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib.
“Sizə sözüm var. Paylaşımlarımı görmüsünüz. Niyyətimi və niyyətimizi bilirsiniz. Haqqıma kiminsə girməyinə icazə verməməyinizi istəyirəm. Sizdən sadəcə bunu istəyirəm”, – deyə, influenser vurğulayıb.
Aynişanın bu paylaşımından sonra bir çox məşhur və influenser ona dəstək olub.
Xatırladaq ki, Aynişan mərhum Əməkdar artist Aygün Bəylərin qızı Canan üçün yardım kampaniyası başlatmaq istəyib. Lakin Bəylərin ailəsi buna kəskin etiraz edib.