Dünya

İsrail Qəzzanı işğal etmək niyyətində deyil – Netanyahu

İsrail Qəzzanı işğal etmək niyyətində deyil – Netanyahubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Qəzza zolağında keçirdiyi hərbi əməliyyat nəticəsində anklavı daimi olaraq işğal etmək və ya yerli Fələstin əhalisini köçürmək niyyətində deyil.

7Times.az  xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

“İsrail Fələstin əhalisi ilə deyil, HƏMAS terrorçuları ilə mübarizə aparır və biz bunu beynəlxalq hüquqa tam uyğun olaraq edirik”, – deyə B.Netanyahu bildirib.

B.Netanyahunun sözlərinə görə, hərbi əməliyyatın məqsədi “Qəzza zolağının HƏMAS terrorçularından təmizlənməsi və israilli girovların azad edilməsidir”.