Ermənistan Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan İrəvan yaxınlığında yerləşən restoranda atəş açdığı üçün saxlanılıb.
7Times.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, restoranda on nəfərin iştirakı ilə əlbəyaxa dava olub və bu zaman Baş Qərargah rəisinin keçmiş müavini şəxsi silahından atəş açıb. Nəticədə bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Xaçatryanın polis tərəfindən saxlanıldığı bildirilsə də, məlumat təsdiqlənməyib.
Xatırladaq ki, Tiran Xaçatryan 2021-ci ilin fevralında Paşinyanın “İsgəndər” raketlərinin döyüşə yararlı olmaması barədə dediklərinə rişxənd etmiş və jurnalistin Paşinyanın həmin çıxışı ilə bağlı verdiyi suala general gülərək cavab vermişdi. Bu hadisədən sonra o, Ermənistan Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilib.
Follow @7timesaz