Dünya

Türkiyə yerli qırıcısının kütləvi istehsalına bu tarixdə başlayacaq

Türkiyə yerli qırıcısının kütləvi istehsalına bu tarixdə başlayacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin yerli istehsalı olan “Kaan” beşinci nəsil hərbi təyyarəsinin yaxın zamanda havaya buraxılması, 2028-ci ildən isə təyyarənin kütləvi istehsalına başlanması nəzərdə tutulur. Eyni zamanda, İnteqrasiya edilmiş süni intellektə malik 6-cı nəsil döyüş təyyarəsinin hazırlanması ilə bağlı fəaliyyətə də başlanılıb. Hazırda Türkiyə dünyanın 185 ölkəsinə 230 növdən artıq müdafiə sənayesi məhsulu ixrac edir.

 

7Times.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi naziri Haluk Görgün bildirib.

 

Bu ilin sürprizlərlə dolu olacağını deyən nazir daha əvvəl başladılan layihələrin 2024-cü ildə Türkiyə Silahlı Qüvvələrinə təqdim olunması ilə yanaşı, yeni layihələrin də başladılacağını qeyd edib.

 

Bildirilib ki, yanvarın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə gəmi platformalarının təhvil verilməsi mərasimi keçiriləcək. Mərasimdə “TCG Anadolu”dan sonra Türkiyənin ikinci ən böyük hərbi dəstək gəmisi olan “Dərya” suya buraxılacaq, İstanbul frikateyni (daha böyük gəmiləri dəstəkləyən nisbətən kiçik döyüş gəmisi) inventara daxil ediləcək.

Bu il, həmçinin PUA-lar üçün hazırlanan kameraların toplu istehsalına balanacaq, “Gökbey” helikopterinin ilk təslimatı olacaq.

Modern.az