“İsrail kimi aldadacaq? Netanyahunun qaçmağa yeri və özünü müdafiə etmək yolu yoxdur”.
7Times.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Üsküdarda cümə namazının qılındığı məsciddən çıxarkən jurnalistlərə açıqlamasında deyib.
Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahu haqqında sözlərini belə davam etdirib:
“Mən Prezident İshaq Hersoqu bu məqamda çox daha səmimi bir atmosferdə görürdüm. Amma son zamanlar o da yəqin ki, Netanyahunun arxasınca getdi və çox fərqli açıqlamalar verməyə başladı. Tayyib Ərdoğana sözlü hücum etməklə heç nəyə nail ola bilməzlər. Çünki Tayyib Ərdoğana sözlü hücumlarla bitirə bilməzlər. Niyə? Çünki biz haqqın tərəfində, məzlumların yanındayıq. Amma onlar zalımlıqları üçün lazım olanı edirlər. Mən nəticənin yaxşı olacağına inanıram. Məzlum heç vaxt uduzmayıb. Zalım həmişə uduzub”.
Modern.az
Follow @7timesaz