“İsrail, Beynəlxalq Haaqa Məhkəməsinin təzyiqlərinə baxmayaraq, qələbə çalana qədər Fələstinin HƏMAS hərəkatı ilə mübarizəni davam etdirəcək”.
7Times.az-ın verdiyi məlumata görə, bunu İsrailin Baş naziri Binyamin Netanyahu keçirdiyi mətbuat konfransında deyib.
“Bizi heç kim dayandıra bilməz – nə Haaqa, nə İran, nə də başqa heç kim”, – İsrailin baş naziri əlavə edib.
Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumundan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi, uşaqlar, qadınlar və qocalar daxil olmaqla 200-dən çox İsrail vətəndaşının terrorçular tərəfindən girov götürülməsi ilə müşayiət olunub.
İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən “Dəmir Qılınclar” əməliyyatının başlandığını elan edib.
Follow @7timesaz