Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparıb.
7Times.az xəbər verir ki, APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Danışıq zamanı Əl Nahyan türk əsgərlərinin terrorçuların hücumu nəticəsində şəhid olmasıyla bağlı Ərdoğana başsağlığı verib.
Bundan əlavə, Türkiyə ilə Birləşmiş Ərəb Əmirliklərinin terrora qarşı mübarizədə həmrəy olduğu da vurğulanıb.
Follow @7timesaz