Maldiv Respublikası Hindistandan ordusunu martın 15-dək adalardan çıxarmağı xahiş edib.
7Times.az xəbər verir ki, bu barədə Maldiv Prezidentinin Administrasiyasının ictimai-siyasət məsələləri üzrə köməkçisi Abdulla Nazim İbrahimə istinadla “Sun Online” qəzeti məlumat yayıb.
“Hindistanlı hərbçilər Maldiv adalarında qala bilməz. Bu, Prezident Mohamed Muizzunun və indiki administrasiyanın siyasətidir”, – deyə A.İbrahim deyib. Onun sözlərinə görə, respublika rəhbəri Hindistandan rəsmi olaraq martın 15-dək ordunu geri çəkməyi istəyib.
A.İbrahim xatırladıb ki, iki ölkə qoşunların çıxarılması ilə bağlı danışıqlar aparmaq üçün yüksək səviyyəli qrup yaradıblar. Bu qrupun ilk iclası bazar günü keçirilib. Orada Hindistan ordusunun çıxarılmasının vaxtı ilə bağlı məsələ müzakirə olunub.
Nəşrin məlumatına görə, Maldiv adalarında 88 hindistanlı hərbçi var.
Modern.az
Follow @7timesaz