Bir zamanlar “Kiçik Ceylan” kimi tanınan müğənni Ceylan Avcı efirdə vəsiyyətini açıqlayıb.
7Times.az xəbər verir ki, son dövrlərdə etdiyi estetik əməliyyatları ilə gündəmdən düşməyən müğənni TRT-də yayımlanan proqrama qonaq olub.
Ceylan ilk dəfə canlı yayımda vəsiyyətini açıqlayıb.
Belə ki, proqramın aparıcısı Alişanın “Həyatınızın mahnısı hansıdır?” sualına “Mənim həyatım” cavabını verən Ceylan qısa müddət ərzində studiyada duyğulu anlar yaşayıb. Vəsiyyətini açıqlayan müğənni “Bu mahnı ilə bağlı bir vəsiyyətim var. Ölsəm, qəbrimə gəl və onu ifa et. Ürəyimdə xüsusi yeri var. Çünki həyatımdan bəhs edir. Bu mahnı mənim həyatımdır” deyib.
Ceylan Alişanın “Yenidən doğulsaydın, nə etmək istəyərdin?” sualına isə belə cavab verib:
“Hər kəs hər zaman xoşbəxt ola bilməz. Həyat belədir. Yenidən doğulsam, yenə də Melodi ilə Yiyitcanın anası olmaq istəyərdim. Türkan Avcı və Ahmet Avcının qızı olaraq, Nazan Avcı, Ezo Avcı və Nalan Avcının bacısı kimi doğulmaq istəyərdim. Mən yenə də sizin “Ceylo” olaraq dünyaya gəlmək istəyərdim”
Sfera.az
Follow @7timesaz