Dünya

“Ukrayna çətin vəziyyətə düşüb” – Antoni Blinken

“Ukrayna çətin vəziyyətə düşüb” – Antoni Blinkenbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin dövlət katibi Antoni Blinken İsveçrədə keçirilən Davos İqtisadi Forumunda çıxışı zamanı Ukraynanın çətin vəziyyətdə olduğunu deyib.

“Report” xəbər verir ki, o, Rusiyanın müharibəni davam etdirmək üçün ciddi resurslarının olduğunu bildirib.

“Bu, şiddətli savaşdır. Rusiyanın, həqiqətən, ciddi imkanları var. 2023-cü ilin sonundan etibarən Kiyev çətin vəziyyətə düşüb”, – o söyləyib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir.