Əməkdar artist Qorxmaz Əlili mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı sir açıb.
Axşam.az xəbər verir ki, bu haqda “Elgizlə izlə” verilişində danışan aktyor onun ömrünün son 6 ilini necə keçirməsindən bəhs edib:
“Aygün Bəylər ömrünün son 6 ilini onun prodüseri olan Ramin bəylə çalışıb. Səhərdən-axşama kimi Aygünün bütün işlərini Ramin görüb. Ramin bir sir açdı. Maştağa kəndində onun üçün bir otaq ayırmışdılar. O otaq haqqında isə heç kim bilmirdi. Aygün orada öz musiqi instrumentlərini saxlayıbmış. “Mehribaniyyə” oratoriyasını Aygün məhz o otaqda yazıb. Aygün onun üzərində 6 il çalışıb.
Amma görüb ki, onun sonu alınmır. O, bir insandan xahiş edib ki, Quranı öyrənmək üçün qadın molla tapsın. O, düşünüb ki, Allah vergi veribsə, nəsə çatmır, Allahın yanında günahkardır və bu oratoriyanı bitirə bilmir, zaman da getmir. Maştağada bir qadın molla ona 3-4 aya Quranı öyrədib.
Ərəb dilini öyrənəndən sonra qayıdır həmin otağa və “Mehribaniyyə”ni yazıb, tam bitirir. Onu isə Aygün Bəylər ölümündən əvvəl verdiyi konsertində ifa edib. Ramin Aygünün və onun evinin sirrini bilir. Ankara şəhərində xəstəxanada Raminin qucağında vəsiyyətini edərək, dünyasını dəyişib”.
Follow @7timesaz