Münhen hava limanının gömrük işçiləri aktyor Arnold Şvartseneggeri bəyan edilməmiş bahalı saata görə üç saatlıq sorğu-sualdan sonra sərbəst buraxıblar.
Axşam.az-ın məlumatına görə, bu barədə “Bild” nəşri məlumat yayıb.
Bildirilib ki, aktyor 35 min avro (təxminən 64 min 687 manat) cərimələnib.
Saatın qiyməti 26 min avro qiymətləndirilib. Aktyor 4000 avro vergi və 5000 cərimə də ödəməli olub.Şvartsenegger həmin məbləği dərhal kredit kartı ilə ödəməyə razılaşıb. Lakin gömrük rüsumlarının 50%-i nağd şəkildə ödənilməli olduğundan buna razılıq verilməyib.
Qeyd edək ki, Arnold Almaniyaya daxil olarkən əlində “Audemars Piguet” brendindən olan saat tapılıb. Şvartsenegger saatı hərracda satmaq istədiyini bildirib.
Follow @7timesaz