Ölkə

Fəhlə iş vaxtı torpağın altında qalıb öldü

Fəhlə iş vaxtı torpağın altında qalıb öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda fəhlə iş vaxtı bədbəxt hadisə nəticəsində ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən 7Times.az  -a bildirilib ki, yanvarın 18-i saat 10 radələrində Sumqayıt şəhəri ərazisində “Archico” MMC-də fəhlə işləyən 1977-ci il təvəllüdlü Nazim Bağırov kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalıb. O, hadisə yerində vəfat edib.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.