Aparıcı Xədicə Sənanqızı AzTV kanalındakı fəaliyyətinə son qoyub.
7Times.az Axşam.az-a istinadən xəbər verir ki, işdən çıxan aparıcı Azərbaycanı tərk edib. O, bir müddətdir ki, Türkiyədədir.
İstanbula yollanan X.Sənanqızı orada dincəlir. Aparıcı gəzinti görüntülərini izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, o, “Günə davam” proqramına aparıcılıq edirdi. Yanvarın ilk günündən etibarən Xədicə proqramda yer almayıb. Verilişi onun yerinə Nübar Əbil aparır.