Dünya

Tarixdə bu gün – Necə yadda qalıb?

Tarixdə bu gün – Necə yadda qalıb?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarixdə bu gün hansı hadisələr baş verib?

7times.az noyabrın 11-də baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:

1887 – Çikaqoda partlayış törətməkdə təqsirli bilinən anarxist hərbçilər edam ediliblər.

1889 – Vaşinqton ABŞ-ın 42-ci ştatı olub.

1938 – İsmət İnönü Türkiyə prezidenti seçilib.

1942 – Müttəfiqlər tərəfindən Şimali Afrikada hərbi cəbhənin açılmasına cavab olaraq Faşist Almaniyası Fransanın cənub hissəsini işğal edib.

1965 – Afrikanın sonuncu ingilis müstəmləkəsi olan Rodeziya birtərəfli qaydada müstəqilliyini elan edib.

1971 – Amerika Birləşmiş Ştatları Okinava adasını Yaponiyaya qaytarıb.

1976 – Türkiyə SSRİ-dən elektrik enerjisi almaq üçün 10 illik müqavilə imzalanıb.

1993 – BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal olunmuş Azərbaycan rayonlarından çıxarılmasını tələb edən 884 saylı qətnaməni qəbul edib.