İsrailin baş naziri Benyamin Netanyahu açıq şəkildə “iki dövlət” ideyasını rədd edib.
7Times.az BBC-yə istinadən xəbər verir ki, bu, ABŞ və müttəfiqlərini narahat edir
Belə ki, Netanyahu Qəzza zolağında münaqişə bitdikdən sonra Fələstin dövlətinin yaradılmasının əleyhinə olduğunu ABŞ-a açıq şəkildə bildirib. Keçirdiyi mətbuat konfransında o, həmçinin Qəzzada hücumu “tam qələbəyə qədər” davam etdirəcəyini vəd edib.
“Onun bəyanatları müttəfiqlərin qanlı müharibənin dayandırılması və iki dövlətli danışıqlara qayıtması çağırışları fonunda səslənir”, – BBC yazır.
Tam qələbə ilə Netanyahu HƏMAS-ın məhv edilməsini və qalan israilli girovların geri qaytarılmasını nəzərdə tutur ki, onun fikrincə, bu, daha çox – aylar çəkə bilər.
HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinin məlumatına görə, artıq Qəzza zolağında 25 mindən çox fələstinli həlak olub və anklav əhalisinin təxminən 85%-i evlərini tərk etmək məcburiyyətində qalıb.
“Bu baxımdan, bir çox dünya liderləri İsraili hücumunu ləngitməyə və müharibəni dayandırmaq və regionda sabitlik yaratmaq üçün mənalı danışıqlara başlamağa inandırmağa çalışır”, – deyə qeyd olunub.
Follow @7timesaz