Fövqəladə Hallar Nazirliyinin (FHN) “112″ qaynar telefon xəttinə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Bu barədə 7Times.az –a FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın bir ədəd 122 mm-lik qrad mərmisinin qalıqları olduğu müəyyən edilib.
Sursatın qalıqları XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Follow @7timesaz