Dünya

Avropada qaz UCUZLAŞDI

Avropada qaz UCUZLAŞDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada yanvarın 22-də keçirilən hərracın gedişində qazın min kubmetrinin qiyməti 6 faiz ucuzlaşaraq, 2023-cü il iyulun 31-dən bəri ilk dəfə 300 dollardan aşağı düşüb.

 

7Times.az-ın Londonun ICE birjasının məlumatına istinadən xəbərinə görə, Niderlanddakı TTF habında min kubmetr qazın fevral fyuçersinin qiyməti 299,7 dollar təşkil edir.

 

Avropada mavi yanacaq rekord qaz ehtiyatları və böyük sənaye ölkələrində enerji tələbatını məhdudlaşdıran zəif iqtisadi artım fonunda ucuzlaşır.

 

Hazırda qitədəki yeraltı qaz anbarlarının 75,01 faizi doludur. Bu, son beş ilin analoji dövrü ilə müqayisədə 11,16 faiz çoxdur. Yanvarın 22-nə olan məlumata görə, Aİ-yə üzv ölkələrin anbarlarında 82,67 milyard kubmetr qaz var. Avropa ölkələri yeraltı anbarlarını hələ avqustun ortalarında 90 faizədək doldurub və isitmə mövsümünün əvvəlində bu göstərici 99,63 faizə çatıb.