Müxalif “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Tsarukyan saxlanılıb.
7times.az-ın “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, o, Milli Təhlükəsizlik Xidmətinə aparılıb.
Bu barədə partiyanın mətbuat katibi İveta Tonoyan ölkədə 17 müxalif siyasi qüvvənin mitinqi başlamazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib:
“Hakimiyyət qorxu və əskiklik kompleksini aradan qaldırmaq əvəzinə bir daha Tsarukyanı tutur. Hamı yaxşı başa düşür ki, bu sənədin imzalanmasından sonra (Qarabağla bağlı üçtərəfli bəyanat – red.) məsuliyyəti başqalarına yükləməyə çalışır”.
Tonoyan Ermənistan rəhbərliyinin siyasi repressiya yoluna üz tutduğunu qeyd edib.qafqazinfo
Follow @7timesaz