Maqazin

Ağlayaraq efiri tərk etdi

Ağlayaraq efiri tərk etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Stilist Anar Ağakişiyev efirdə kövrək anlar yaşayıb.

OLAY yazır ki, o, “İncə səhər” proqramında qonaq olarkən həyatı ilə bağlı bəzi detalları açıqlayıb. Anar deyib ki, o, nənəsinin himayəsində böyüyüb:

“Mənim 3 yaşım olanda valideynlərim boşandı. Anam Azərbaycana köçdü, atam isə başqa ölkədə qaldı. Bir növ ata-anasız qaldım. Atam da, anam da nənəm oldu. Anam sağdır. Nənəmin qoxusunu anamdan alıram. Bu günə qədər nənəmə ana demişəm. Həmişə kiməsə dəstək olan, dürüst Anar onun mənə verdiyi tərbiyənin nəticəsidir. Mən onunla vidalaşa bilmədim. Pandemiya dövrü idi. Onun öldüyü an çox qəribə idi. Azərbaycan üçün bir bayram qeyd olunurdu. Nənəm isə can verirdi, 89 yaşı var idi. Yaşlılıqdan dünyasını dəyişdi, xəstəlikdən yox. Xaricə getməmişdən əvvəl ayaqları şişmişdi. Baxışını unutmaram. Bir insan ki, güclüdür. Amma nəyisə bacarmır… Mənə dedi ki, məni sağaldacaqsan? Dedim, hər şeyi satıb, səni sağaldaram. Amma təbiətdir, mən nəsə edə bilmədim. Türkiyədəydim. Molla deyib ki, kimisə gözləyir, can verə bilmir. Məni görüntülü yığdılar, telefonu sinəsinə qoydular gözünü yumdu. Amma gələ bilmədim. Kimlərə zəng etdim, özəl təyyarə   ilə gəlmək istədim. Heç nə alınmadı. Hələ də qəbullana bilmirəm ki, o yoxdur. Bəlkə də qismət belə gətirdi ki, indi içimdə onunla danışıram”.

Göz yaşlarını saxlaya bilməyən Anar efiri tərk edib. Daha sonra aparıcı Vüsalə Əlizadə onu studiyaya qaytarıb.