Maqazin

“Ürəkdən sevinmək necə olur, o gün hiss etdim” – Fotolar

“Ürəkdən sevinmək necə olur, o gün hiss etdim” – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Könül Kərimova oğlu Rəşadla bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, müğənni oğlunun doğum günü olduğunu deyib. K.Kərimova oğlu birgə çəkdirdiyi fotolara bu sözləri yazıb:

“Bu gün mənim oğlumun dünyaya gələn günüdür. Oğlum, dünyaya gəlişin evimizə işıq, nur gətirmişdi. Ürəkdən sevinmək necə olur, o gün hiss etdim. Bütün gözəl duyğuları səndə tapdım. Xoş günümdə də sənə baxıb fərəhləndim. Çətin günümdə də sənə baxıb şükür etdim. Bu gün də şükür edirəm. Çox şükür, oğlum. Nə yaxşı ki, varsan. Ananın, bacının arxa dayağı oğlum. Varlığın bu dünyada hər şeydən əzizdir. Bizim dəyərli valığımız, dünya durduqca var ol! Bizim arxa dayağımız, doğum günün mübarək olsun!”.

Qeyd edək ki, ifaçının bir qız övladı da var.