Ukrayna ABŞ-nin hərbi yardımla bağlı qərarını gözləyir. Bu, indi kritik məqamdır.
APA xəbər verir ki, bu fikir Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatında yer alıb.
Zelenski bildirib ki, son bir ayda Ukrayna müdafiə paketlərində yaxşı dinamikaya malik olub.
“Əlbəttə ki, göydə nəzarətə və yerdə daha böyük imkanlara, xüsusən artilleriyaya nail olmaq üçün daha çox gücə ehtiyacımız var. Amma bizim üçün nə qədər çətin olsa da, artilleriya, raketlər və hava hücumundan müdafiə sursatları ehtiyatımız var. Hər kəsə – əsgərlərimizi və ukraynalıların həyatını müdafiə edən ölkələrə təşəkkür edirəm”, – deyə Prezident bildirib.
Zelenskinin sözlərinə görə, tərəfdaşların köməyi sayəsində bu ay yüzlərlə Rusiya raketi və pilotsuz təyyarəsi vurulub.
“Biz tərəfdaşlarla işləməyə davam edirik. Biz Amerika Birləşmiş Ştatlarından müvafiq qərar gözləyirik – bu çox vacibdir”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
Follow @7timesaz