Rusiya Prezidenti Vladimir Putinin fevral ayında Türkiyəyə səfər edəcəyi rəsmən təsdiqlənib.
7Times.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov yanvarın 29-da jurnalistlərə açıqlamasında bildirib.
“Bəli, səfərə hazırlıq görülür”, – o vurğulayıb. Y.Uşakov səfərin fevralda reallaşacağını da təsdiqləyib.
Bir müddət əvvəl V.Putinin fevralda Türkiyəyə səfər edəcəyi ilə bağlı məlumat yayılmışdı.
Follow @7timesaz