Dünya

Ukrayna Krımdakı aerodroma raket zərbəsi endirib – Azı üç təyyarənin məhv edildiyi bildirilir

Ukrayna Krımdakı aerodroma raket zərbəsi endirib – Azı üç təyyarənin məhv edildiyi bildirilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krımdakı hərbi aerodromuna raket zərbəsi endirib.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Natalya Qumenyuk bildirib.

Onun sözlərinə görə, Rusiyanın Krımdakı Belbek aerodromu da daxil olmaqla, beş raket işğal olunmuş yarımadadakı hədəfləri vura bilib. Qumenyuk qeyd edib ki, rus qoşunları uçuş heyətini vaxtında uzaqlaşdıra bilməyib, nəticədə xeyli sayda şəxsi heyət üzvləri həlak olub. Məlumata görə, hücum yanvarın 31-də baş verib.

 

 

Rusiya Müdafiə Nazirliyi bu məlumatı təsdiqləsə də, təyyarələrin zərər görmədiyini bildirib. Nazirlik qeyd edib ki, Belbek aerodromunun yerləşdiyi Lyubimovka rayonunda 20 Ukrayna raketi vurulub.

Lakin sosial şəbəkə istifadəçiləri Rusiya hərbi aerodromlarının yerləşdiyi Cankoy, Yevpatoriya və Sakidə partlayışlar barədə məlumat veriblər.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat isə qeyd edib ki, Belbekdə Rusiyaya məxsus “Su-27”, “MiQ-29”, “Su-30” təyyarələri yerləşir. İqnat peyk görüntülərini gözləməyə çağıraraq, hücumun nəticələri barədə danışmayıb: “Bu görüntülər bu və ya digər silahların, texnikanın sıradan çıxmasına, nə qədər işğalçının artıq sıraya qayıtmayacağına dair təkzibolunmaz sübut olacaq”.

Bundan əvvəl isə rusiyayönlü teleqram kanalları Belbekdə bir “Su-30”, iki “Su-27” təyyarəsi və 10 şəxsi heyət üzvünün itirilməsi barədə məlumat veriblər. Həmin teleqram kanallarının məlumatına görə, raketlər Rusiyanın Krımdakı hava bazalarına ən azı üç Ukrayna “Su-24M” bombardmançı təyyarəsi tərəfindən buraxılıb. Hücum zamanı “Storm Shadow” və SCALP qanadlı raketlərindən istifadə edildiyi bildirilir.