Dünya

Alman kanalından Ukraynaya qarşı təxribat – Kiyev etiraz edir

Alman kanalından Ukraynaya qarşı təxribat – Kiyev etiraz edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın ictimai yayım telekanalı olan ZDF Ukraynaya qarşı təxribatçı addım atıb. Belə ki, kanalın Moskva bürosunun rəhbəri, jurnalist Armin Körper Rusiyanın işğalı altında olan Mariupoldakı həyatı təhrif olunmuş şəkildə əks etdirən reportaj hazırlayaraq, efirə verib. Reportajda guya işğal altındakı yerli əhalinin Rusiyanı dəstəklədiyi, hər şeydən razı qaldığı və şəhərdə normal həyatın bərpa olunduğu iddia edilir.

7Times.az  xəbər verir ki, alman kanalının bu addımı rəsmi Kiyev tərəfindən hiddətlə qarşılanıb. Əvvəlcə Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeev bu reportajın təkcə ukraynalılar deyil, bir çox tanınmış alman ekspertləri və jurnalistləri tərəfindən də mənfi qarşılandığını bildirib. Onun sözlərinə görə, Ukrayna səfirliyi dərhal redaksiya ilə əlaqə saxlayıb və kanal səhvini etiraf edib. Oradan səfiri Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşacaqlarına əmin ediblər.

Ardınca Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bəyanatla çıxış edib: “ZDF-i rəsmi izahat verməyə çağırırıq. Ukrayna qanunvericiliyinin pozulması bu telekanalın Ukraynadakı gələcək fəaliyyətinə təsir göstərə bilər”.

O, qeyd edib ki, “reallığı təhrif etmək” jurnalist işi hesab oluna bilməz və ZDF-in Moskva bürosunun rəhbəri Kiyevdən Mariupola getməyə razılıq almayıb. Bu, Ukrayna qanunlarının pozulmasıdır.

Müşahidəçilər kanalın Ukraynada fəaliyyətinə qadağa qoyulacağını proqnozlaşdırırlar.

“AzPolitika.info”