Rusiyanın ilhaqı altında olan Krım yarımadasında Belbek aerodromuna raket hücumu nəticəsində Rusiya ordusunun generalı Aleksandr Tatarenko ölüb.
7Times.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Bildirilib ki, generaldan başqa, daha 9 hərbçi ölüb.
Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuqi İqnat da hücum nəticəsində itkilərin olduğunu söyləyib. O, həmçinin Rusiyanın 3 təyyarəsinin sıradan çıxdığını deyib.
Qeyd edək ki, fevralın 1-də Krım yarımadasında Belbek aerodromuna raket hücumu olub. Nəticədə 80 159 saylı hərbi hissənin rabitə məntəqəsində yanğın başlayıb. Yanğının 30 kvadratmetr ərazini əhatə etdiyi bildirilib.
Follow @7timesaz