“Ana olmaq mənim üçün ən qiymətli, başıma gələ biləcək ən gözəl nemətdir!”
OLAY yazır ki, bu sözləri Avroviziya qalibimiz Nigar Camal qızı Jasminlə paylaşdığı videoya yazıb.
Ailə olmağın önəmindən söz açan sənətçi fikirlərinə belə davam edib:
“Övladlarım xoşbəxtliyimdir. Mən düşünürəm ki, bir ailədə uşaq yoxdursa, həyat yoldaşı sevən olsa belə, bu bədbəxt ailədir. Uşaq səs-küyü, gurultusu, yoluxucu uşaq gülüşü olmasa, ailəni necə xoşbəxt saymaq olar? Analıq əyləncəlidir, həm də məsuliyyətli!“.