ABŞ-nin sərhəd problemi ayrıca həll olunmayana qədər Amerikanın Ukraynaya yardım ayırması ilə bağlı məsələlərə baxılmayacaq.
“AzPolitika.info” xəbər verir ki, bunu respublikaçı konqresmen Tim Valberq mətbuata açıqalmasında deyib.
Onun proqnozuna görə, Ukraynaya yardımın ayrılması ilə bağlı qanun layihəsi yaxın iki ay ərzində səsə qoyula bilər. Eyni zamanda o, əmin edib ki, sərhədlə bağlı qərar qəbul olunmayana qədər həm Ukrayna, həm də İsrail üçün hər hansı yardım göstərilməyəcək: “Düşünmürəm ki, biz sərhədin möhkəmləndirilməsinə səs verənə qədər Ukraynaya, hətta İsrailə hər hansı yardıma səs veriləcək. O(Co Bayden – red.), bunu etmədikcə, biz irəli gedə bilməyəcəyik, baxmayaraq ki, biz Ukraynanı dəstəkləmək istəyirik. Amma biz ölkəmizi qorumaq üçün də öz üzərimizə məsuliyyət götürmüşük”.
Valberqin sözlərinə görə, Respublikaçılar Partiyasının nümayəndələrinin əksəriyyəti Ukraynaya yardım ayrılmasını dəstəkləyir: “Amma indi bizim iki məqsədimiz var – Amerikadakı xalqımızı qorumaq və Ukrayna ilə İsrail üçün imkanlar açmaq. Ümid edirəm ki, Ukraynaya yardım gələcək. Növbəti iki ay ərzində səsvermə keçiriləcək və o zaman bizim qərarımız məlum olacaq”.
Göründüyü kimi, Donald Trampın siyasi ambisiyalarının girovuna çevrilən Respublikaçılar Partiyası sərhəd bəhanəsi ilə Ukraynanı Rusiya işğalı ilə təkbətək qoymaqla, ABŞ tarixinin ən rəzil günlərinə imza atır.
Follow @7timesaz