Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni hökumət kabinetini formalaşdırır.
Tokayevin müvafiq fərmanı ilə Oljas Bektenov Qazaxıstanın yeni baş naziri olub.
Xatırladaq ki, bir müddət əvvəl Erlan Koşanov “Amanat” siyasi partiyası adından Qazaxıstan Respublikasının baş naziri vəzifəsinə Oljas Bektenovun namizədliyini irəli sürmüşdü.
Təhsilinə görə Olzhas Bektenov hüquqşünasdır, karyerasına Almatı ədliyyə orqanlarında aşağı vəzifələrdən başlayıb, sonra Astanaya köçüb. Dörd il əvvəl Nazirlər Kabineti aparatında sıravi məmur olub. Sonra Prezident Administrasiyasının rəhbəri vəzifəsinə irəli çəkilib.
Kabinetin üç üzvü əvvəlki vəzifəsinə yenidən təyin edilib.
Bunlar Murat Nurtleu (baş nazirinin müavini, eyni zamanda, xarici işlər naziri), Ruslan Jaksılıkov (müdafiə naziri), Yerjan Sadenovdur (daxili işlər naziri).
Qeyd edək ki, dünən Kasım-Jomart Tokayev hökumətin istefası haqqında fərman imzalamışdı.
Follow @7timesaz