Ermənistan Müdafiə Nazirliyi ölən hərbçilərinin 4 nəfər olduğunu bildirib. “Report”un Ermənistan mətbuatına istinadən verdiyi xəbərə əsasən, daha bir hərbçi yaralanıb. 09:21 “Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Nerkin-And istiqamətində baş verib. Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.
Follow @7timesaz