Aparıcılar Vüsalə Əlizadə ilə Zaur Nəbioğlu arasında qalmaqal yaşanıb.
7Times.az axşam.az-a istinadla xəbər verir ki, buna səbəb Vüsalənin proqramına dəvət etdiyi qonaqlarına “Bizdə danışmırsınız, gedib orada danışırsınız” sözləri olub.
Zaur aparıcısı olduğu verilişdə Vüsalənin ünvanına sərt sözlər deyib:
“Verilişinizin 4 buraxılışını mənə və aparıcısı olduğum “Rəngarəng səhər” proqramına həsr etmisiniz. Mənim heç kimlə şəxsi problemim yoxdur. Səhər verilişləri arasında reytinqdə rekordları qırdığımız və sizin gəlib o rekorda çata bilmədiyiniz üçün bizi öz verilişinizdə mövzu edirsiniz.
Çox qəribədir, deyir ki, bizdə danışmayan məşhurlar gedirlər onların verilişində hər şeyi danışırlar. Bu, sirr deyil, sadəcə peşəkar jurnalist olmaq lazımdır. Mənim heç kimin işində, reytinqində, gündəmində gözüm yoxdur. O qədər ağlımda mövzularım var ki, istədiyiniz qədər sizə yardımçı ola bilərəm”.
Zaur bildirib ki, illər əvvəl Vüsalə ilə eyni verilişdə çalışıblar:
“İllər əvvəl işsiz qalanda mən sizi işə götürmüşdüm, verilişimdə çalışırdınız, bu gün isə gündəlik proqram aparırsınız, bunu da alqışlayıram və sevinirəm. Çünki mən efirdə olmadığım zaman siz efirdə aparıcılıq edirdiniz. Sadəcə, bu həyatdır da, siz işsiz qaldınız və gəlib mənim verilişimdə redaktor işlədiniz. Bu da çox normaldır, çünki mən də kimlərinsə verilişində redaktor işləmişəm”.