Dünya

“Ukraynadakı münaqişənin siyasi və diplomatik yolla həllinə hazırıq” – Lavrov

“Ukraynadakı münaqişənin siyasi və diplomatik yolla həllinə hazırıq” – Lavrovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynadakı münaqişənin reallıqları nəzərə almaqla siyasi və diplomatik yolla həllinə hazırdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Dövlət Dumasında hökumət saatında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz qanuni maraqlarımızı nəzərə alan, uzun illər ərzində formalaşmış və indiki vəziyyətə gətirib çıxaran reallıqları nəzərə alaraq siyasi və diplomatik nizamlanmaya açıq qalırıq”, – deyə Lavrov vurğulayıb.

Rusiyanın baş diplomatı qeyd edib ki, bununla belə, Qərb ölkələrinin hazırkı mövqeyini nəzərə alsaq, Ukrayna məsələsində razılığa gəlmək variantlarına baxılmır.