Rəqqasə Rəna Ağamuradovanın (Renka) ad günüdür.
Axşam.az xəbər verir ki, sənətçi özəl gününü bir gün əvvəl keçirtdiyini söyləyib. Renka eyni zamanda 14 Fevral tarixini sevmədiyini vurğulayıb:
“14 Fevral – zəhləm gedir bu gündən. Çünki ad günümü normal keçirdə bilmirəm, səhnədə oluram. Ona görə bu qara qız bir bu gün (dünəni nəzərdə tutur – red.) ad günü edib. Heç gücüm yoxdur, çox yorğunam. Mənə təcili tətil lazımdır”.
Follow @7timesaz