Dünya

Məhkəmənin qərarı gecikir, Depardye ilə bağlı iddialar artır

Məhkəmənin qərarı gecikir, Depardye ilə bağlı iddialar artırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransalı aktyor Jerar Depardye haqqında növbəti təcavüz iddiası ortaya çıxıb.

Axşam.az xəbər verir ki, “Le Courrier de l’Ouest” qəzetinin məlumatına görə, hadisənin Jan-Pyer Mokinin “Sehrbaz və Siamlılar” (2014) qısametrajlı filminin çəkilişləri zamanı baş verdiyi iddia edilir.

Şikayəti adının açıqlanmasını istəməyən aktyorun keçmiş köməkçisi verib. Şikayətçi Depardyeni ona icazəsiz toxunmaqda və nalayiq ifadələr işlətməkdə ittiham edir.

Qeyd edək ki, 2019-cu ildə aktrisa Emmanuel Debever 1982-ci ildə “Danton” filminin çəkiliş meydançasında Depardyenin ona qarşı zorakılıq etməsi ilə bağlı ittihamlar səsləndirib.

Depardye isə onun ittihamlarını rədd edərək, belə bir addım atmadığını deyib.

2018-ci ildə aktyora qarşı zorlama ittihamları irəli sürənlər arasında kanadalı aktrisa Şarlotta Arnold da var. Onun sözlərinə görə, o, atasının köhnə dostu Depardye tərəfindən iki dəfə cinsi təcavüzə məruz qalıb. İş hazırda məhkəmədədir.

Bundan başqa, daha 13 qadın aktyoru cinsi təcavüzdə ittiham edir. Məhkəmə hələ də bu şikayətlərlə bağlı son qərarı açıqlamayıb.