Dünya

Tanınmış seysmoloq: “İstanbulda 7 baldan artıq zəlzələ olacaq” – FOTO

Tanınmış seysmoloq: “İstanbulda 7 baldan artıq zəlzələ olacaq” – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış seysmoloq Naci Görür İstanbulda 7 baldan artıq zəlzələ olacağını açıqlayıb.

7Times.az  Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə o zəlzələyə həsr edilən “İstanbul və zəlzələ” adlı proqramda iştirakı zamanı bildirib.

İstanbulda baş verə biləcək zəlzələlər üçün 250 illik təkrarlanma müddətini xatırladan Görür, təqdimatda Mərmərənin qərb bölgəsinə işarə edərək, 1912-ci ildə Tekirdağ bölgəsində, 1999-cu ildə Gölcükdə zəlzələnin baş verdiyini deyib:

“İkisinin ortası Mərmərə dənizidir və 1766-cı ildən bəri heç bir zəlzələ olmayıb. Bu seysmik boşluqdur. Geologiyada seysmik boşluq heç vaxt davam edə bilməz, onu doldurmaq lazımdır. Oradakı hərəkətlər və enerji mütləq çıxmalıdır. Bu Şimali Anadolunun bir xüsusiyyəti var: zəlzələləri şərqdən qərbə aparır. Əslində 1939-cu ildən 2023-cü ilə qədər zəlzələ zənciri həmişə şərqdən qərbə doğru olub. Təbiət mürəkkəb olsa da, təkrarlanan hadisələr baş verir. Xülasə, İstanbulda mütləq 7 baldan böyük zəlzələ olacaq”.

BAKU.WS