Hazırda ABŞ-nin qərb sahili boyunca kampaniya turunda olan Prezident Co Bayden Rusiyalı həmkarı Vladimir Putini “dəli köpək oğlu” adlandırıb.
7Times.az Rusiya mediasına istinadən xəbər verir ki, Co Bayden bu ifadəni San-Fransiskodakı seçki kampaniyası çərçivəsində keçirilən qapalı tədbirdə çıxış edərkən səsləndirib:
“Biz belə dəli kökək oğullarına görə nüvə münaqişəsinə görə həmişə həyəcan keçirməli oluruq, lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlimdir”, – deyə o, diqqətə çatdırıb.
Follow @7timesaz