Fransanın baş naziri Qabriel Attal da Ermənistana səfər edəcək.
7Times.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, səfərin dəqiq tarixi bəlli deyil.
Xəbər verdiyimiz kimi, o, bu gün Parisdə olan Ermənistan baş naziri Nikol Paşinyanla görüşüb. Paşinyan Qabriel Attalı Ermənistana rəsmi səfərə dəvət edib. Fransanın baş naziri dəvəti qəbul edib.
Qeyd edək ki, Fransa müdafiə naziri Sebastian Lekornu da Ermənistana səfər edəcəyini açıqlayıb.
Follow @7timesaz