Ukrayna və Danimarka arasında təhlükəsizlik sazişi bağlanıb.
7Times.az xəbər verir ki, sənədi Ukrayna Prezidenti Volodimir Zelenski və Danimarkanın Baş naziri Mette Frederiksen imzalayıb.
Bildirilib ki, Kopenhagen Kiyevə qırıcı təyyarələrin, döyüş sursatlarının, təlimçilərin göndərilməsini dəstəkləyəcək. 2024-cü ildə Danimarkanın hərbi dəstəyi azı 1,8 milyard avro olacaq.
Danimarka “Böyük Yeddilik” qrupundan kənarda Ukrayna ilə bu sazişi bağlayan ilk ölkədir.
Qeyd edək ki, fevralın 22-də Danimarka Ukraynaya yeni hərbi yardım paketini elan etmişdi.
Follow @7timesaz