İdman

“Mançester Yunayted” məşqçisinin istefasını açıqladı – Erik MLS klubunu çalışdıracaq

“Mançester Yunayted” məşqçisinin istefasını açıqladı – Erik MLS klubunu çalışdıracaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Yunayted” məşqçisi Erik Ramzinin istefasını açıqlayıb. 

Fanat.Az xəbər verir ki, klubun mətbuat xidməti mütəxəssisin MLS təmsilçisi “Minnesota Yunayted”ə rəhbərlik edəcəyini bildirib.

“Əsas komandanın məşqçisi Erik Ramzi MLS komandası olan “Minnesota Yunayted”ə baş məşqçi kimi qoşuldu. Biz Erikə kluba göstərdiyi xidmətə görə təşəkkür edirik və ona yeni çağırışında uğurlar arzulayırıq”.

Xatırladaq ki, MLS-in yeni mövsümünün startında “Minnesota Yunayted” “Ostin”ə 2:1 hesabı ilə qalib gəlib. Sözügedən kollektiv ötən mövsümün sonunda 41 xalla Qərb Konfransının turnir cədvəlində 11-ci yerdə qərarlaşıb və pley-offa vəsiqə qazana bilməyib.