Ölkə

“Qarabağ” – “Bayer”: Bir sutkada rekord sayda bilet satıldı

“Qarabağ” – “Bayer”: Bir sutkada rekord sayda bilet satıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” – “Bayer” oyununa bilet satışı davam edir.

Fanat.Az xəbər verir ki, ötən gün saat 12:00-dan etibarən iticket.az-da satışa çıxarılan biletlərin artıq 27 mini sahibini tapıb.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Başqa sözlə, bir sutkadan bir qədər artıq mqssətdə böyük əksəriyyəti satılan biletlər məhdud sayda qalıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 40, 100 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:
– Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
– Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
– Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
– “Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.