“Real Madrird”in baş məşqçisi Karlo Ançelotti həbs edilə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı “Relevo” yayıb.
Xəbərə görə, Madrid prokurorluğu italiyalı məşqçiyə vergidən yayınma səbəbiylə 5 ilə qədər həbs cəzası tələb edib. Mənbə bildirir ki, təcrübəli mütəxəssis 2014-2015-ci illərdə 1 milyon avrodan artıq məbləği vergi müfəttişliyindən gizlədib.
Qeyd edək ki, Ançelotti 2021-ci ildən “Kral klub”una rəhbərlik edir. O, 2013- 2015-ci illər aralığında da Madrid təmsilçisinin baş məşqçisi vəzifəsində çalışıb.
Follow @7timesaz