Aktrisa Kəmalə Piriyeva “Cinemacard” (Cinemplus) kinoteatrlar şəbəkəsinə etiraz edib.
OLAY yazır ki, sənətçi “Səma ilə görüş” filmini yayımlamayan şəbəkəyə şərh yazıb.
Belə ki, kinoteatrın səhifəsində 8 Mart təbriki kimi onun və sözügedən ekran işində rol alan Turanə Hüseynlinin şəkli paylaşılıb.
Piriyeva isə “Təşəkkürlər. Çəkildiyimiz filmi yayımlamağınız daha gözəl təbrik olardı”, – deyə, bildirib.
Qeyd edək ki, filmin qalasında prodüseri Orxan Mərdan da sözügedən şəbəkəylə bağlı tənqidi çıxış etmişdi.
Follow @7timesaz