Aralıq dənizində 4,7 bal gücündə zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar və Fövqəladə Hallar İdarəsi Başçılığı (AFAD) Zəlzələ Baş İdarəsinin məlumat yayıb.
Məlumata görə, Antalyanın Demre rayonu sahillərindən 19,08 kilometr aralıda, 35,12 kilometr dərinlikdə saat 16.55-də qeydə alınan zəlzələ Demre və Finike rayonları ilə yanaşı ətraf rayonlar və şəhər mərkəzində də hiss olunub. İlkin təsbitlərə görə zəlzələdə heç bir dağıntı, tələfat olmayıb.
CNN TÜRK-ün canlı yayımına qatılan Antalya valisi Hulusi Şahin, “Hələlik heç bir mənfi xəbər almadıq” deyib.
Follow @7timesaz